Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İyulun 18-də Daxili İşlər Nazirliyinə İrəvanın Muratsan küçəsində baş verən hadisə barədə məlumat daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları bir cəsəd aşkar ediblər. Başqa bir nəfər də xəstəxanaya yerləşdirilib.
“Cebheinfo.az” xəbər verir ki, bir nəfər saxlanılaraq istintaq təcridxanasına aparılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb. Hadisənin digər iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün işlər görülür.
Qeyd etmək lazımdır ki, Qaqik Şamşyan hadisənin videosunu da yayımlayıb. Videoda onların küçədə dayanan insanlara yaxınlaşdığı, atəş açdığı və onlara tərəf qumbara atdığı görünür.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin