İrəvanın mərkəzində yük maşını partlayıb

19.05.2025

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hadisə Ermənistan Prezidentinin iqamətgahının arxasında baş verib

Ermənistan paytaxtı İrəvanın mərkəzində yük maşını aşıb və partlayıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, hadisə Silva Kaputikyan küçəsində, Dövlət Nəzarəti Xidmətinin binasından bir qədər aralıda, Ermənistan Prezidentinin iqamətgahının arxasında baş verib.

Xilasetmə Xidmətinin məlumatına görə, dörd avtomobil, üç minik avtomobili və bir betonqarışdıran maşın toqquşub və yanğın başlayıb.

KİV-in məlumatına görə, hadisə şahidləri iki partlayışın olduğunu bildiriblər. Baqramyan prospektində Ermənistan Prezidentinin iqamətgahının yerləşdiyi ərazidə tüstü dumanı görünüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью