İrəvanın notası birbaşa Rusiya faktoru ilə əlaqədardır RƏY | Icma.az
Icma.az bildirir, Sherg.az portalına istinadən. Paşinyan hökuməti dəfələrlə açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizinə Rusiyanın nəzarət
Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb isə Rusiyada yayımlanan “Vesti nedeli” proqramı olub.
Ermənistan tərəfinin iddiasına görə, proqram zamanı respublikanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönələn fikirlər səsləndirilib.
Proqramda yayımlanan süjetdə Zəngəzur dəhlizi terminindən istifadə edilməsinə İrəvan narazılıq edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz adlandırıb: "Biz hər zaman İrəvandan Ermənistanın söz azadlığına sadiq olduğunu eşitdik, üstəlik də, hazırkı Ermənistan rəhbərliyi bunu özünün imperativi edib.
Bu, birincisi. İkincisi isə bizim rəsmi mövqeyimiz rəsmi İrəvana yaxşı məlumdur.
Bu mövqeyin məğzini biz dəfələrlə bəyan etmişik, o cümlədən brifinqlərimizdə...Biz ardıcıl olaraq 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlar əsasında Cənubi Qafqaz regionunda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların kompleks şəkildə blokdan çıxarılmasından danışırıq.
Tam oxu
Xəbəri oxu