Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq sazişi İrəvan bunu balanslaşdırılmış xarici siyasətin təzahürü kimi qələmə verməyə cəhd etsə də, əslində, bu, Ermənistanın Rusiyanın təsir dairəsindən sürətlə uzaqlaşaraq Qərbin qucağına sığınması deməkdir.
Lakin Ermənistanın Rusiyanın liderliyi altında KTMT, Avrasiya İqtisadi İttifaqı (Aİİ), MDB kimi hərbi, iqtisadi və siyasi birliklərində yer alması, onun Qərb ölkələri və strukturlarına sıx inteqrasiya cəhdi daban-dabana ziddiyyət təşkil edir.
Bu, İrəvanın "iki stul" siyasətidir və bu siyasət uzun müddət davam edə bilməz.
Çünki Ermənistanın yerləşdiyi coğrafi məkan "iki stul" taktikasını balanslaşdırılmış siyasət kimi həyata keçirməsinə imkan vermir.
İrəvan iki tərəfdən birini seçməlidir. Hazırda beynəlxalq aləmdə ciddi geosiyasi əhəmiyyət kəsb etməyən İrəvanın belə bir seçimi, təkcə Ermə
Artıq bu gərginlik ilk növbədə Moskva-İrəvan münasibətlərində özünü büruzə verir və gərginlik kəskinləşən xətt üzrə davam edir.
Moskvanın diqqəti Ukrayna cəbhəsinə yönəldiyindən nə qədər zəifləsə də, Ermənistanı öz təsir dairəsindən uzaqlaşmasına imkan verməyəcək yetərincə təsir mexanizmlərinə malikdir.