İrəvanın planı ifşa olunur? Deputatdan sərt mesaj

15.09.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bir tərəfdən Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək istəyən Ermənistanın digər tərəfdən revanşist qüvvələri dəstəkləməsi rəsmi İrəvanın sülh gündəliyinə sadiqliyi ilə bağlı şübhələr yaradır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşımında bildirib.Deputat qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı ticarət dövriyyəsi artıq 18 milyon dolları keçib, Azərbaycan üzərindən Ermənistana yükdaşımalar da davam edir. Onun sözlərinə görə, bunlar Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir.

V.Bayramov Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyasını və Ermənistan hakimiyyətinin mövqeyini qəbuledilməz hesab edib. Marqarita pizza

Deputatın sözlərinə görə, səfərdən sonra yayılan məlumatlar revanşist kampaniyanın arxasında Ermənistan hakimiyyətinin özünün dayandığı barədə təsəvvür yaradır. O, Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlamasını da qəbuledilməz və Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

“Bütün bunlar Ermənistanın qəsdən sülh prosesinə zərbə endirmək niyyətini göstərir. Halbuki, dayanıqlı sülh Ermənistanın özünün inkişafı üçün vacib şərtlərdən hesab edilir”, - deputat vurğulayıb.

V.Bayramov əlavə edib ki, Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək və təbii qaz idxal etmək niyyətini gizlətməyən Ermənistan hakimiyyətinin revanşizmi dəstəkləməsi rəsmi İrəvanın sülh prosesində qeyri-səmimiliyini bir daha nümayiş etdirir.

“Bütün bunlarla yanaşı, Azərbaycan regionda sülh və əməkdaşlığa töhfə verməkdə davam edir və Qafqazın dayanıqlı inkişafı da məhz davamlı sülhdən keçir”, - deputat qeyd edib.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью