İrəvanın sabiq merinin əmlakına həbs qoyulub

19.11.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İrəvanın sabiq meri Taron Marqaryan və onunla əlaqəli şəxslərdən ümumilikdə 2 milyard dramdan artıq dəyərdə əmlakın və pul vəsaitinin müsadirə edilməsi tələb olunur.

APA xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, Taron Marqaryanın adına olan əmlak və maliyyə aktivlərinə həbs qoyulub.

Prokurorluqda qeyd ediblər ki, müsadirə proseduru çərçivəsində Marqaryanın və əlaqədar şəxslərin maliyyə fəaliyyətləri araşdırılır və əlavə halların müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью