İrəvanın sabotaj planı: Bunun nəticələri Ermənistan və havadarları üçün çox ağır olacaq | …
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan silahlı qüvvələrinin bölmələri Yanvarın 5-i saat 22:00-dan 22:10-dək Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atəşə tutub.
Həmçinin yanvarın 6-sı saat 14:10 radələrində eyni istiqamətlərdən Ordumuzun mövqelərini atıcı silahlardan yenidən atəşə tutub", Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bildiririk ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb", - məlumatda deyilir.Hərbi ekspert Azər Bayramov "Sherg.az"a deyib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ordusunun mövqelərini atəşə tutması bir daha erməni xislətini ortaya qoydu:"Ermənistanın hərbi-siyasi rəhbərliyi sülhdən danışsa da, əməldə tamamilə əks fəaliyyət sərgiləyir.
Havadarlarının dəstəyi ilə ordusunun yenidən formalaşdırılması, hərbi islahatların həyata keçirilməsi, ehtiyatda olanların yenidən orduya cəlb olunması Ermənistan hakimiyyətinin sülhdən yana olmadığının sübutdur.
Belə addımlar onların ordusundakı revanşistləri də yeni təxribatlara həvəsləndirir.
Dünən atəşə məruz qalan mövqelərimiz onların Gorus rayonunun Dığ və Xanazax istiqamətlərindən atəşə tutulub.
İkinci Qarabağ müharibəsindən sonra həmin ərazilərin mütəmadi olaraq gərginlik ocağına çevrildiyi hər kəsə məlumdur.
Tam oxu
Xəbəri oxu