İrəvanla Bakı sülh sazişini paraflaya bilər

16.07.2025

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Bakının sülh sazişini imzalamazdan əvvəl paraflaya biləcəyini bildirib. 

Sfera.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında danışıb.

“Belə bir fikir müzakirə üçün masadadır”, – deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir.

Fidan Hacızadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью