İrfan Can Eğribayat Fənərbaxçadan ayrıldı

13.08.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrfan Can Eğribayat Fənərbaxçadan ayrılıb.

Milli.Az xəbər verir ki, Sarı-lacivərtli klub 2022-2023 mövsümündən bəri Fənərbaxça forması geyinən 28 yaşlı qapıçının transferi məsələsində "Gençlerbirliyi" ilə razılığa gəlib.

Klubdan edilən açıqlamada İrfan Can Eğribayata Fənərbaxçaya verdiyi əmək və töhfələrə görə təşəkkür edilərək karyerasının yeni dönəmində uğurlar arzulanıldı.

Fənərbaxçanın açıqlamasında, "2022-2023 mövsümündən bəri formamızı geyinən İrfan Cana "Fənərbaxça"ya verdiyi əmək və töhfələrə görə təşəkkür edir, karyerasının yeni dönəmində uğurlar arzulayırıq." deyə bildirilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью