Icma.az, Marja.az portalına istinadən məlumat verir.
“Bazarstore” supermarketlər şəbəkəsi noyabrın 27-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində yeni mağaza açacaq.
Marja.az xəbər verir ki, Abşeron küçəsində yerləşən supermarket saat 08:00-da ilk müştərilərini qəbul edəcək. Şirkət açılış münasibətilə xüsusi endirimlər təklif edəcəyini bildirib.
Buzovnadakı açılış “Bazarstore”un Xırdalanda yeni mağazasını istifadəyə verməsindən iki həftə sonraya təsadüf edir. Şəbəkə noyabrın 13-də Xırdalan şəhərinin S. Bəhlulzadə küçəsi, 2 ünvanında supermarket açıb.