İRİA ilin yekunlarına həsr olunan tədbir keçirib

13.12.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyuçuların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" tədbiri keçirib.

"APA-Economics" xəbər verir ki, iki hissədən ibarət tədbirin birinci hissəsində İRİA-nın il ərzində fəailyyətinin yekunu haqqında hesabatlar təqdim edilib. Tədbirin ikinci hissəsində “IDDA Awards” müsabiqəsinin mükafatlandırılma mərasimi başlayıb.

11 nominasiya üzrə müsabiqəyə qoşulan iştirakçılara arasından "İlin Startapı", "İlin Rezidenti", "İKT-də İlin Qadını" və digər kateqoriyalar üzrə qaliblər elan edilib.

Qeyd edək ki, bu il “IDDA Awards” üzrə mükafatlandırma 11 nominasiya üzrə həyata keçirilib. Seçim və ictimai səsvermə nəticəsində hər nominasiya üzrə 5 finalçı seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью