Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son iki mövsümü Azərbaycanda keçirən serbiyalı voleybolçu İrina Milanoviçin İdman.biz-ə müsahibəsi - Azərbaycanda iki inamlı mövsüm keçirdiniz.
Həmin dövr haqda nə deyə bilərsiniz? - Düzünü desəm, nə gözləyəcəyimi belə bilmirdim.
Ölkə, insanlar və oradakı həyat haqqında heç nə bilmirdim. Sonda iki il Bakıda yaşadım və deyə bilərəm ki, çox xoşuma gəldi.
İlk mövsümü “Murov”da keçirdim – üçüncü yeri tutduq. Azərbaycanda ikinci mövsümdə klubumu dəyişdim, çempion olan “Azərreyl”ə keçdim.
Komandada çoxlu əcnəbi var idi, məşqçimiz də italiyalı idi. Bütün oyunlar Bakıda keçirilib.
Səfər oyunları yox idi və bu, bizim üçün çox asan idi. Mövsümə pis başladıq. Lakin sonradan öz oyunumuzu tapdıq və çempion olduq.
Keçən mövsümü heç vaxt unutmayacağıma əminəm! - Azərbaycan Superliqasının final mərhələsinin ən yaxşı oyunçusu və bütün mövsümün ən yaxşı hü