İrina Zaretska bir nömrədir

14.05.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska dünya reytinqində liderliyini davam etdirir. Sport24.az xəbər verir ki, 68 kq çəki dərəcəsində mübarizə aparan karateçimizin hesabında 6645 xal var.

O, analıq məzuniyyətindən sonra tatamiyə qayıdıb və Qahirədə Premyer Liqa mərhələsində iştirak edib.

Zaretskanın 1/4 finala yüksələ bilməməsinə baxmayaraq, turnir ona 150 xal qazandırıb.

Qeyd edək ki, hazırda karateçimiz mayın 30-da Mərakeşin Rabat şəhərində start götürəcək analoji turnirə hazırlaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью