İrina Zaretska qayıdır

18.03.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska tatamiyə qayıdır. Sport24.az xəbər verir ki, analıq məzuniyyətindən sonra məşqləri bərpa edən Azərbaycan millisinin aparıcı idmançısı Premyer Liqanın üçüncü mərhələsində iştirak etmək niyyətindədir.

Yarış aprelin 18-20-də Misirin paytaxtı Qahirədə keçiriləcək və Zaretskanın adı da iştirakçılar siyahısında qeyd olunub.

Azərbaycan millisinin heyətində, həmçinin Aminağa Quliyev (60 kq), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) da yer alıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью