İrina Zaretska Rabatda 1/4 finala yüksəlib

31.05.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın karate komandası Premyer Liqanın sonuncu turnirində iştirak edir.

İdman.biz xəbər verir ki, Mərakeşin Rabat şəhərində keçirilən turnir ikinci günündə iki karateçimiz mübarizə aparıb.

İrina Zaretska (68 kq) uğurlu çıxış edərək, pley-offa yüksəlib. Osman Osmanlı (+84 kq) çıxışını qrup mərhələsində başa vuraraq, 1/4 finaldan kənarda qalıb.

Qetd edək ki, Nuran Rzazadə (67 kq), Fərid Savadov (75 kq) bürünc uğrunda mübarizə aparırlar. Hüseyn Məmmədli (67 kq), Fərid Ağayevlə Rəşid Süleymanov (75 kq) isə təsəlliverici görüşə qatılacaqlar.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью