İrland futbolçular İsraili boykot etdi VİDEO

28.09.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İrlandiya milli futbol komandasının oyunçuları İsraillə qarşılaşmada Qəzzada baş verən hadisələrə diqqət çəkən siyasi və insani mesajla yadda qalıblar.

“Yeni Sabah” xəbər verir ki, qarşılaşmadan əvvəl İsrailin dövlət himni səsləndirilərkən irlandiyalı futbolçular etiraz əlaməti olaraq başlarını aşağı əyiblər. Bundan əlavə, onlar Qəzzada həyatını itirən mülki şəxslərin xatirəsini yad etmək məqsədilə oyuna qara matəm sarğıları ilə çıxıblar.

Gərgin psixoloji fonda keçən matç İrlandiya seçmə komandasının tam üstünlüyü ilə yekunlaşıb. Rəqibini aşkar üstünlüklə məğlub edən İrlandiya millisi meydandan 3:0 hesablı qələbə ilə ayrılıb. Dominos pizza

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью