Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İrlandiya və İsrail milli komandaları Millətlər Liqasında keçirəcəkləri oyunlardan sonra bir-biri ilə forma dəyişməyəcək.
QOL.az xəbər verir ki, bu barədə “Independent” məlumat yayıb.
Bu qərarın iki ölkənin futbol federasiyaları arasındakı fikir ayrılığı ilə bağlı olduğu bildirilir. Həmçinin qarşılaşmalardan əvvəl İrlandiya və İsrail yığmalarının baş məşqçilərinin bir-birinin əlini sıxmayacağı gözlənilir.
Qeyd edək ki, qrup mərhələsində komandalar arasında iki oyun keçiriləcək. İlk görüş sentyabrın 27-də Serbiyada, azarkeşlərin iştirakı olmadan baş tutacaq. Cavab qarşılaşması isə oktyabrın 4-də Macarıstanda keçiriləcək və bu matçda İrlandiya azarkeşlərinin stadionda olması qadağan ediləcək.