İrlandiya İsrail matçında böyük qalmaqal

28.09.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Millətlər B Liqasının 3-cü qrupunun II turunda İrlandiya milli komandası İsraillə üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərindəki “Naqyerdey” stadionunda keçirilən qarşılaşma İrlandiya seçməsinin 3:0 hesablı darmadağını ilə başa çatıb. Qalib komandanın qollarını 13-cü dəqiqədə Parrot, 16-cı dəqiqədə İdah və 25-ci dəqiqədə Cek Moylan vurub.

Görüş yalnız hesabla deyil, irlandiyalı futbolçuların matçdan əvvəl və oyun zamanı nümayiş etdirdiyi etiraz aksiyası ilə gündəmə damğa vurub.

Matça qara rəngli qol sarğısı ilə çıxan İrlandiya milli komandasının üzvləri İsrailin dövlət himni səsləndiriləndə başlarını aşağı salaraq rəqibə etiraz ediblər. Oyunöncəsi kapitanların görüşü zamanı isə İrlandiya millisinin kapitanı Dara O’Şi İsrail futbolçusunun əlini sıxmaqdan imtina edib.

İrlandiyalı idmançıların bu sərt nümayişi və siyasi mesajları qısa müddətdə dunya futbol ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью