525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İrlandiyada son 20 ildə 2 mindən çox pivəxana bağlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "The Guardian" qəzetinin apardığı araşdırmada bildirilir.
"Pub"lar əsasən kənd yerlərində qapadılır. Şəhərlərdə də bu hal tez-tez baş verir.
Araşdırma müəllifinin sözlərinə görə, müasir İrlandiya mədəniyyətinin bir hissəsi sayılan "pub"lar turistlərin marağına səbəb olan yerlərdəndir. Onların bağlanması turistlərin sayının azalmasına birbaşa təsir göstərir.
Qeyd edək ki, pivəxanaların bağlanmasına əsas səbəblər kimi verginin və icarə haqqının yüksək olması, içkili halda avtomobil idarə etmək qadağası və irlandların son illərdə alkaqollu içkilərdən imtinası göstərilir.
L.Tağıyeva