İrlandiyanın Baş nazirindən çağırış

23.09.2025

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İrlandiyanın Baş naziri Mixol Martin Fələstin Dövlətini hələ də tanımayan ölkələri bu qərarı ciddi şəkildə nəzərdən keçirməyə çağırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Martin bu barədə Fransa və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında təşkil edilən Fələstin probleminin həlli yollarının tapılması və iki dövlətli həll yolunun həyata keçirilməsinə dair Yüksək Səviyyəli Beynəlxalq Konfransda bildirib.

İki dövlətli həllin İsrail və Fələstinə dinc gələcək vəd etdiyini bildirən Martin, hazırkı vəziyyətin ümidverici olmadığını vurğulayıb.

Daimi sülhün çox uzaq göründüyünü deyən Martin, İrlandiyanın da 24 ildir daxili qarşıdurma yaşayan bir ölkə olduğunu xatırladıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью