“İRS” jurnalı Çin dilində

03.02.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan mədəniyyətini, incəsənətini xaricdə layiqincə təbliğ edən “İRS” jurnalı Çin dilində də nəşrə başlayıb.

İlk nömrəyə Çinin ölkəmizdəki səfiri xanım Lu Meyin Azərbaycan–Çin münasibətlərinə dair məqaləsi, Azərbaycan Memarlar İttifaqının irs komissiyasının sədri Rizvan Bayramovun “Bakı memarlığında Art Nouveau” məqaləsi, habelə “Göygöl və Maralgöl – Kəpəz dağının hədiyyəsi”, “Ada layiq olmaq – Heydər Əliyev Mərkəzi”, “Qəhrəmanlar tərəfindən yaradılmış ilahi bir nemət”, “Mirzə Qədim İrəvani və onun yaradıcılıq irsi”, “XVIII–XIX əsrlərə aid Azərbaycan memarlığının şah əsərləri: Şəki xanlarının sarayı və Şəkixanovların evi” adlı yazılar daxil edilib.

Jurnalın nüsxələri Çinin elmi-təd­qiqat institutlarında, kitabxanalarda, strateji araşdırma mərkəzlərində, nüfuzlu ali təhsil ocaqlarında yayılacaq.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью