“İrşad Electronics”ə protokol yazıldı Malların dəyişdirilməsi qaydalarını pozub

18.11.2024

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İrşad Electronics” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatındadır.

Qeyd: MMC-nin qanuni təmsilçisi Aris Valis oğlu Şıxəliyevdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью