İRU nun baş katibi: Orta Dəhlizin ərsəyə gətirilməsi bizim üçün çox vacibdir

16.01.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Orta Dəhlizin ərsəyə gətirilməsi istiqamətində işləmək bizim üçün çox vacib məsələdir. Son 2 il ərzində iştirak etdiyim bütün tədbirlərdə biz Orta Dəhlizdən danışmışıq.

“APA-Economics” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) baş katibi Unberto de Pretto deyib.

O bildirib ki, biz təhlillər apardıq və o qənayətə gəldik ki, Çindən Avropaya ən qısa və ən ucuz yol Orta Dəhlizdir:

"Eyni zamanda Orta Dəhliz Çindən Avropaya, oradan da Amerikanın şərq sahillərinə ən qısa yoldur. Ona görə də Orta Dəhlizin qlobal ticarət üçün əhəmiyyəti olduqca böyükdür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью