İş adamı Moskvada yol qəzasında öldü

26.08.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

57 yaşlı rusiyalı iş adamı Sergey Belyuskin Moskvada Jivopisnıy körpüsünün altında törətdiyi yol qəzasında ölüb. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, işadamı "Aston Martin" avtomobilini idarə edərkən isitinad divarına çırpılıb. Hadisə yerinə gələn həkimlər onun öldüyünü müəyyən ediblər.

Qəzaya səbəb kimi onun ürəyində yaranan problem göstərilir. Belə ki, qəzadan əvvəl sürücü bir müddət yol boyu maneələrə toxunub, avtomobilə idarəetməni itirib və daha sonra istinad dıvarına çırpılıb. 

Məlumata görə, Belyuskin paytaxta İrkutsk vilayətindən köçüb , onun biznes fəaliyyəti neft biznesi ilə bağlıdır. O, təyyarə və müvafiq avadanlıqların istehsalı ilə məşğul olan “Sistemy Skat” şirkətinin rəhbəridir.

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью