İş adamı öz restoranında zəhərləndi

17.07.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Ukraynada iş adamı Mixail Katsurin Lvovdakı yeni restoranında kütləvi zəhərlənmə barədə məlumat verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, onun sözlərinə görə, iyulun 14-15-də müəssisəyə gələn 11 tanınmış qonaq zəhərlənib. Katsurinin özü də qida zəhərlənməsi əlamətləri ilə yoluxucu xəstəliklər şöbəsinə aparılıb.

"Mən Lvovdakı şəxsi restoranımda zəhərləndim. Təəssüf ki, təkcə mən yox. İndi 11 qonaq zəhərlənmə əlamətləri barədə məlumat verib. İlkin fərziyyə - desertlərdə yumurta qaymağıdır", - sahibkar sosial şəbəkələrdə yazıb.

Hazırda restoran müvəqqəti bağlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью