İş adamına məxsus fermada GÜCLÜ YANĞIN

15.07.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lənkəranda iş adamına məxsus ferma yanıb.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, yanğın rayonun İstisu qəsəbəsində tanınmış fermer təsərrüfatında baş verib.

Əraziyə 5 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

2 000 kvadratmetr sahəni əhatə edən yanğın nəticəsində 5 baş iribuynuzlu heyvan tələf olub, 10 mindən çox ot bağlaması yanıb.

Qısa müddətdə yanğın lokallaşdırılıb.

Meşə zolağı və 5 ədəd kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Hazırda yanğının tam qarşısını almaq üçün işlər davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью