İş adamından 50 milyon tələb etdilər: Evinə silahlı hücum...

18.10.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Adana şəhərində iş adamı Tahir A.-dan təhdid yolu ilə 50 milyon lirə (2.028.650,00 AZN) pul tələb edən cinayətkar dəstə saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, yaxın qohum olan cinayətkar dəstə üzvlərindən 2-si tələb edilən pulu ala bilmədikləri üçün ilk əvvəl iş adamının ofisinə, sonra isə evinə silahlı hücum ediblər.

Şübhəli şəxslər bir müddət sonra Tahir A.-nın ofisində çalışan bir şəxsin də evinə atəş açaraq oradan uzaqlaşıblar.

Üçüncü dəfə hücuma hazırlaşan cinayətkar dəstə polis tərəfindən ələ keçirilib. Ümumilikdə silahlı hücumda şübhəli bilinən 7 nəfər saxlanılıb. Onlardan 6-sı barədə həbs qərarı çıxarılıb, biri isə sərbəst buraxılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью