İş adamından 8 Noyabr zəfərinin 4cü ildönümü ilə bağlı nümunəvi addım

09.11.2024

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səfər Əlirzayev 270 ailəyə bayram sovqatı göndərib

Bu gün xalqımızın Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək, torpaqlarımızın düşmən işğalından azad olunmasından 4 il ötdü.

Moderator.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibətilə iş adamı Səfər Əlirzayev bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə (ümumilikdə 270 ailəyə) bayram sovqatı çatdırıb.

Bu xeyirxah işə görə şəhid ailələri, qazilər hər zaman Prezidentinə, dövlətinə, xalqına sadiq olan Səfər Əlirzayevə təşəkkür edib, monnətdarlığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью