İş adamını lüks avtomobili ilə basdırdılar

20.04.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çində baş tutan qeyri-adi dəfn mərasimi dünya mediasının diqqət mərkəzinə düşüb. Liaonin əyalətində yaşayan imkanlı ailə vəfat edən yaxınları üçün gözlənilməz addım atıb.
Demokrat.az
xəbər verir ki, varlı iş adamının ailəsi onun o dünyada rahatlığını təmin etmək məqsədilə qara rəngli “Mercedes-Benz S-Class” markalı lüks avtomobili məzara qoyub. Nəqliyyat vasitəsinin üzərində Çin mədəniyyətində uğur və zənginliyin simvolu hesab edilən “8888” nömrə nişanı da yer alıb. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi ailəni həddindən artıq israfçılıqda və sərvət nümayişində günahlandırıb. Ailə üzvləri isə tənqidlərə cavab olaraq, bu hərəkətin mərhuma qarşı övladlıq borcu və dərin hörmətin ifadəsi olduğunu bildiriblər.
Hadisənin ictimailəşməsindən sonra yerli dövlət qurumları prosesə müdaxilə etmək məcburiyyətində qalıb. Mülki İşlər Bürosu sözügedən ailəyə xəbərdarlıq edərək, bu əməlin köhnəlmiş inanclar fonunda qanunsuz dəfn qaydalarına daxil olduğunu vurğulayıb. Eyni zamanda bu cür dəfn formaları təbiət üçün ciddi fəsadlar vəd edir. Maşındakı yanacaq və müxtəlif texniki mayelər zamanla torpağa sızaraq yeraltı suları zəhərləyə bilər. Qeyd edək ki, Çin ənənələrinə görə, mərhumun ruhu üçün adətən real əşyalar deyil, onların kağızdan hazırlanmış maketləri yandırılır.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью