İş adamının 75 mənzili, 42 avtomobili müsadirə olunacaq

16.07.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanda iş adamı və siyasətçi Qaqik Tsarukyana məxsus "Araratsement" zavodu dövlətin idarəçiliyinə və mühafizəsinə verilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Baş Prokurorluğun bununla bağlı vəsatəti məhkəmə tərəfindən təmin olunub.

Məlumata görə, dövlət qurumları Tsarukyandan böyük həcmdə əmlak və vəsaitin müsadirə edilməsini tələb edir.

İddia çərçivəsində ondan:

- 75 daşınmaz əmlak obyekti və daha 10 obyektin bazar dəyərinin;

- 42 nəqliyyat vasitəsinin

- 38 şirkətdəki paylarının, o cümlədən "Multi Group" konserni, "Multi Avtotrans" MMC, "Onira Club" MMC və digər hüquqi şəxslərdəki iştirak paylarının;

- qanunsuz gəlir qalığı və verilmiş borclar daxil olmaqla 105 milyard dramdan (təxminən 284 milyon ABŞ dolları) çox vəsaitin dövlətə keçirilməsi tələb olunur.

Bildirilir ki, müsadirəsi istənilən 75 daşınmaz əmlakdan 57-si İrəvanda yerləşir.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Qaqik Tsarukyanın biznesinə qarşı sərt açıqlamalar vermişdi. O, Tsarukyanın "biznes onurğasını qıracağını", əmlaklarını, o cümlədən "Araratsement"i əlindən alacağını və onun evini qocalara xidmət mərkəzinə çevirəcəyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью