İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı

26.08.2025

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayına komandir əvəzi təyin edilib.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə sözügedən vəzifə Vüqar Novruzova tapşırılıb.

Vüqar Novruzov həmçinin Penitensiar Xidmətinin Mühafizə Alayının Qərargah rəisidir.

Qeyd edək ki, bu ilin avqust ayının 6-da Penitensiar Xidmətin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib və xəstəxanada vəfat edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью