İş dünyasının ən güclü 100 adı açıqlanıb: Siyahıda bir türk də var

13.11.2024

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Nyu-Yorkda qərarlaşan  “Fortune” jurnalı iş dünyasının ən güclü 100 adını açıqlayıb. 

Sherg.az xəbər verir ki, siyahının başında Tesla-nın rəhbəri İlon Maskgəlir,    Chobani'nin baş direktoru Hamdi Ulukaya siyahıda 83-cü yerdə qərarlaşıb.

Siyahıya yaşı 30-dan 90-a kimi dəyişən 40 sənayenin liderləri daxildir.


Siyahının başında Tesla-nın baş direktoru İlon Mask qərarlaşıb. Bildirilir ki, Maskın "geniş baxışı və mühəndislik intuisiyası" onu bir çox sənayedə tanınan liderə çevirib.

Siyahı Maskın şirkətləri olan SpaceX və Neuralink-in uğurlarına diqqət çəkir və Maskın siyasətə getdikcə daha çox vaxt ayırdığına və Donald Trampın ən gözə çarpan tərəfdarlarından birinə çevrildiyinə diqqət çəkir.


Siyahıda ikinci yerdə olan Nvidia-nın qurucusu və icraçı direktoru Jensen Huang-ın öz şirkətini süni intellekt bumunun ən əhəmiyyətli oyunçularından birinə çevirdiyi vurğulanıb.

Siyahıda Nvidia-nın bazardakı üstünlüyünün səhmlərini rekord səviyyələrə çatdırdığı, bazar dəyəri 3 trilyon dolları aşan şirkəti dünyanın ən dəyərli şirkətlərindən biri etdiyi və Huang'ın bu qiymətləndirmədəki təsiri diqqətə çatdırıldı.

Siyahıda üçüncü yerdə Microsoft-un baş direktoru Satya Nadella qərarlaşıb. 


Siyahıda Nadellanın 10 il ərzində Microsoft-u iki böyük transformasiyadan, yəni bulud və süni intellektdən uğurla keçdiyi və OpenAI-a uzaqgörən ilk sərmayənin Microsoft-un bazarı ilə özünü texnologiya sənayesinin ən yüksək səviyyələrində yerləşdirməyə kömək etdiyi bildirilir. 

Siyahıda dördüncü yerdə Berkshire Hathaway-in baş direktoru Uorren Baffet, beşinci yerdə isə ABŞ-ın ən böyük banklarından biri olan JPMorgan Chase-in baş direktoru Ceymi Dimon qərarlaşıb. 


Apple-ın baş direktoru Tim Kuk altıncı, Meta-nın baş direktoru Mark Zukerberq yeddinci, OpenAI-nin baş direktoru Sem Altman səkkizinci, General Motors-un baş direktoru Meri Barra doqquzuncu, Alphabet-in baş direktoru Sundar Piçay isə onuncu olub.

Chobani'nin CEO'su  Hamdi Ulukaya da siyahıda 83-cü yerdə qərarlaşıb.


Bildirilib ki, Ulukaya 1994-cü ildə Türkiyədən ABŞ-a mühacirət edib və 2005-ci ildə aldığı kreditlə Nyu-Yorkun şimalında qatıq fabriki alıb.

Siyahıda Ulukayanın iş dünyasının ən nüfuzlu xeyriyyəçilərindən biri olduğuna diqqət çəkilib və şirkətin qaçqınları işə götürməkdə qabaqcıl olduğu vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью