İş günü qısaldılacaq Bu tarixdə

07.10.2025

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda 7 noyabr qısaldılmış iş günüdür.

Metbuat.az-ın məlumatına görə, 8 noyabr – Zəfər Günü ilə əlaqədar olaraq, 7 noyabr (cümə günü) ölkə üzrə qısaldılmış iş günü olacaq.

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günləri qabağı iş günü bir saat azaldılır.

Beləliklə, dövlət və özəl müəssisələrdə 7 noyabrda iş vaxtı adi günlərə nisbətən bir saat daha qısa olacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью