İş müsahibəsi adı ilə çağırıb qarət etdilər

13.11.2026

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskvada iş müsahibəsinə gedən gənc gözlənilməz hadisə ilə üzləşib. O, işəgötürənlə görüş zamanı döyülərək qarət edilib.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Moskvanın mərkəzində, Presnenskaya sahil küçəsində yerləşən ticarət mərkəzində baş verib.

Məlumata görə, 21 yaşlı gənc tərcüməçi vakansiyası üzrə iş şərtlərini müzakirə etmək üçün müsahibəyə dəvət olunub. Lakin onu görüş yerində bir nəfər deyil, beş kişi qarşılayıb.

İş barədə danışmaq əvəzinə, həmin şəxslər gənci tapançaya bənzər əşya ilə hədələyərək döyüblər. Daha sonra onun mobil telefonunu, pulunu və sənədlərini əlindən alıblar.

Bildirilir ki, zərərçəkmişə dəymiş maddi ziyan təxminən 200 min rubl təşkil edib.

Hadisədən qısa müddət sonra polis əməkdaşları şübhəli şəxsləri saxlayıblar. Onlardan bəziləri cinayətin baş verdiyi ərazinin yaxınlığında, digərləri isə Moskvanın cənub-şərqində yerləşən mənzildə tutulublar.

Saxlanılan şəxslərin 19-26 yaş arasında olduğu müəyyən edilib. Onlardan tapançaya bənzər əşya götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью