İş quracam deyib evdən çıxdı... Qəzada sağ qalan Ayhanın atası | Icma.az
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq. "Qazaxıstanda bir təyyarənin qəzaya düşdüyünü dedilər.
Fikirləşdim ki, Dağıstan hara, Qazaxıstan hara?". Bu sözləri Teleqraf.com-un Cənub bürosuna açıqlamasında bu gün təyyarə qəzası nəticəsində
O bildirib ki, oğlu srağagün bibisi ilə Sumqayıta gedib, orada qalıb: "Bu gün isə səhər 04:00-da hava limanına gedib.
Əmisi Dağıstanda yaşayır, həm ona baş çəkməyə gedirdi, həm də özünə bir iş quracaqdı.
Qardaşıma zəng elədim, aeroporta oğlumu qarşılayacaqdı. Uşaq oraya çatan kimi zəng edib hər şeyin qaydasında olacağını bizə bildirəcəkdi.
Səhər saat 9 oldu, xəbər çıxmadı, 10 oldu yenə eyni vəziyyət... Gəldim kəndə, kənddə Qazaxıstanda bir təyyarənin qəzaya düşdüyünü dedilər.
Fikirləşdim ki, Dağıstan hara, Qazaxıstan hara? Uzaqdır deyə əhəmiyyət vermədim. Sonra narahat oldum, qardaşıma zəng elədim, ağlayırdı.
Dedi ki, bir söz demə, bədbəxt olduq, oğlunun olduğu təyyarə qəzaya uğrayıb. Dərhal telefonu söndürdüm.
Tam oxu
Xəbəri oxu