İş yerində çay DAVASI: Tibb bacısı xəstəxananı məhkəməyə verdi KONKRET | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
İngiltərədə bir tibb bacısı iş yoldaşının onu səhər çayı sırasına daxil etmədiyi üçün məhkəməyə müraciət edib və 41 min funt sterlinq (87.707 manat) məbləğində tazminat qazanıb.
KONKRET.az yenisabah.az-a istinadən xəbər verir ki, hadisə Cənubi Londondakı “St.Helier” Xəstəxanasında baş verib.
Burada işləyən keçmiş tibb bacısı Syuzan Hamilton dietoloq Abdul Nayekin ona qarşı zorakılıq etdiyini iddia edib.
Məlumata görə, onların münasibətindəki gərginlik 2018-ci ildə bir xəstənin müalicəsi ilə bağlı yaranan fikir ayrılığından sonra başlayıb.
Hamilton məhkəmədə verdiyi ifadədə Nayekin onu iclaslarda görməzdən gəldiyini və ona çay gətirməkdən imtina etdiyini bildirib.
Həmçinin Nayekin birbaşa ona “Səni sevmirəm” dediyini də iddia edib.
Xəstəxana rəhbərliyi hər iki işçinin mehriban ünsiyyət qurmasına çalışsa da, Hamilton Nayekin sonrakı dövrdə, ümumiyyətlə, komanda üçün çay hazırlamağı dayandırdığını qeyd edib.
Tam oxu
Xəbəri oxu