İş yerində yatarkən YANDI

23.01.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Bu gün səhər saatlarında Mersinin Mut rayonunun Pınarbaşı Məhəlləsindəki avtoyuma məntəqəsində naməlum səbəbdən yanğın baş verib.

News24.az xəbər verir ki, xəbərdarlıq üzərinə 112 Təcili Tibbi Yardım, polis və xilasetmə qrupları ünvana sövq edilib.

Yanğın söndürüldükdən sonra qruplar orada gecələyən işçi Ömər Coşarın (43) həyatını itirdiyini müəyyən edib.

Coşarın cəsədi Mut Dövlət Xəstəxanası meyitxanasına aparılıb.

Məryəm İlhamqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью