İş yerindən oğurlayıb satırmış 6 ton...

05.06.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 8000 manat olan 6 ton metal avadanlıq oğurlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə talayaraq metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. pizza mizza

Faktla bağlı araşdırmalar davam etdirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью