İş yerini dəyişən müəllimlərin sayı açıqlandı

12.05.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə aprelin 29-dan mayın 6-dək keçirilmiş vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən Axar.az-a bildirilib ki, elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olmaqla 1868 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə göndəriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью