İş yerlərində infarktın qarşısını alan mühüm tədbir: Məcburi olacaq

09.11.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə Əmək və Sosial Müdafiə Nazirliyi, iş yerlərindəki ölüm hallarının təxminən üçdə birini təşkil edən ürək tutmaları problemini həll etmək məqsədilə yeni bir tənzimləmə layihəsi hazırlayıb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bundan sonra Avtomatlaşdırılmış Xarici Defibrillyatorların (AED) əl altında olması məcburi olacaq. Belə ki, Türkiyədə ölüm hallarının çoxu, ürək, qan-damar sistemi xəstəliklərindəndir.
Nazirliyin yeni tənzimləmə layihəsinə əsasən, 100 və ya daha çox işçisi olan müəssisələrin həyat qurtaran cihaz olan Avtomatlaşdırılmış Xarici Defibrillyator əldə etməsi və onu fövqəladə hallara cavab planlarına daxil etməsi tələb olunacaq.
Qanun 2027-ci ildən qüvvəyə minəcək. Müəssisələrdən tələb olunacaq ki, bir il ərzində fövqəladə hallara cavab planlarını yeniləsinlər və mövcud yanğın təhlükəsizliyi təlimlərinə əlavə olaraq, digər yüksək prioritetli riskləri əhatə edən təlimləri də bura daxil etsinlər.
Rəsmi qeydlər göstərir ki, 2025-ci ildə iş yerlərində baş verən ölüm hallarının 30,1%-i ürək tutmalarından qaynaqlanıb. Bu yüksək göstərici təcili yardım sistemlərinin yenidən qiymətləndirilməsini zəruri edib.
Yeni qanunvericilik iş yerlərində təcili vəziyyət təlim proseslərinin tətbiqini və əhatə dairəsini artırır. Standart illik yanğın təliminə əlavə olaraq, işəgötürənlərdən indi müəyyən, prioritetləşdirilmiş təcili vəziyyət ssenarisinə yönəlmiş ən azı bir başqa təlim keçirmələri tələb olunur.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью