İş zamanı halı pisləşən fəhlə vəfat etdi

03.05.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Sumqayıtda iş başında olan fəhlə qəfildən dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” bağları yaşayış massivində qeydə alınıb.

Məlumata görə, fəhlə kimi çalışan şəxs iş prosesi zamanı qəfildən özünü pis hiss edib və elə hadisə yerindəcə həyatını itirib.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью