İsa Həbibbətlinin qızı haqqında daha bir ilginc olay Almaniyada saxta nikahla oturum alıbm…
Icma.az, Bakupost portalına istinadən məlumat yayır. Xəbər verdiyimiz kimi, AMEA prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimovaya məxsus A
Bildirilir ki, pulları və qiymətli əşyaları Almaniyada yaşayan, Məsimovanın tanışı olan F.M. adlı şəxs oğurlayıb.
O, pullarla birlikdə qaçmağa müvəffəq olub, lakin polis bəzi zinət əşyalarını aşkar edib və araşdırma başa çatana qədər müsadirə edib.
Oğurlanan vəsaitin dəqiq məbləği hələ ki, rəsmi təsdiqini tapmayıb.Nürnberqdə pulların və qiymətli əşyaların mənşəyini müəyyən etmək üçün istintaq başladılıb, lakin G.Məsimova Almaniyanı dərhal tərk etdiyi üçün araşdırmanı başa çatdırmaq mümkün olmayıb.Bakupost.az Gununsesi.info-ya istinadən bildirir ki, o, Almaniyada yaşamaq hüququnu saxta nikah yolu ilə əldə edib.Bundan sonra isə Berlində Kohulfurter küçəsində yerləşən villa və mənzil daxil olmaqla, ümumi dəyəri təxminən 1 milyon avro olan əmlak alıb.Məlumata görə, G.Məsimova ötən ilin iyun ayında Bakından Almaniyaya öz pul və qiymətli əşyalarını gətirib və onları Nürnberqdə yaşayan tanışı F.M.
vasitəsilə Sparkasse bankında seyfə yerləşdirmək qərarına gəlib.
Almaniyada bu tip seyflər adətən yalnız 10 000 avro dəyərinədək sənəd və qiymətli əşyaların saxlanması üçün nəzərdə tutulsa da, bank onların içini yoxlamaq və ya açmaq hüququna malik deyil.G.Məsimova ilə görüşdən əvvəl F.M.
Fürth şəhərində bankın filialında əvvəlcə tanışlarından birinin adına seyf açdırıb, daha sonra isə bir seyfi Məsimovanın adına açdırıb, lakin giriş kartını özü saxlayıb.
Onlar bankda görüşəndə, etibar etdiyi F.M.-in pulları və zinət əşyalarını öz adına yox, başqa bir şəxsin adına olan seyfə yerləşdirdiyini Məsimova hiss etməyib.Yanvar ayında G.Məsimova banka gedərək brilyant qaşlı qızıl saatlarından birini götürmək istədikdə, seyfin boş olduğunu aşkarlayıb.
Tam oxu
Xəbəri oxu