İsa Həbibbəyli övladının oğurlanan bir milyon avrosundan danışdı: Mənm addımı hallandırmay…
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızı Günay Məsim
Mia.az xəbər verir ki, Manset.az məsələ ilə bağlı AMEA-nın prezidenti İsa Həbibbəyli ilə əlaqə saxlayıb.
AMEA rəhbəri bildirib ki, yayılan məlumatlar həddindən artıq şişirdilib: “Bu barədə dünən oxumuşam.
Yazılır ki, guya qızımın seyfindən 1 milyon avro məbləğində pul oğurlanıb. Əslində isə bu, doğru deyil.
Qızımın çoxlu qızıl-zinət əşyaları və şəxsi əşyaları oğurlanıb.
Həmin zinət əşyaları onun anasından və qayınanasından yadigar qalan əşyalardır. Yazılanlar həddindən artıq şişirdilib.
Qızımın seyfindən 1 milyon avronun oğurlanması barədə isə mənim heç bir məlumatım yoxdur.
Xahiş edirəm, bu kimi məsələlərdə adım hallandırılmasın" - deyə İ.Həbibbəyli əlavə edib.
Tam oxu
Xəbəri oxu