İsa Həbibbəylini Nizami Cəfərov ƏVƏZLƏYƏCƏK? İDDİA

03.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, AMEA prezidenti İsa Həbibbəylinin XIV əsrə aid nadir Nizami Gəncəviyə məxsus əlyazmanı Vatikan nümayəndə heyətinə təqdim etdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, kadrlarda İsa Həbibbəylinin əlyazmanı nümayiş etdirərkən səhifələri sürətlə və kobud şəkildə çevirdiyi görünür.

Videoda daha sonra nümayəndə heyətinin üzvlərindən birinin əlyazmaya yaxınlaşaraq, vərəqlərin daha ehtiyatla çevrilməsinə işarə etdiyi, təqdimatın isə bundan sonra daha diqqətli şəkildə davam etdiyi əks olunub.

Məlumat üçün bildirək ki, söhbət XIV əsrə aid nadir Nizami Gəncəvi əlyazmasından gedir. Beynəlxalq təcrübədə bu cür tarixi əlyazmaların minimum təmasla və xüsusi mühafizə qaydalarına uyğun şəkildə nümayiş etdirilməsi tövsiyə olunur.

Qeyd edək ki, AMEA prezidentinin məlum davranışından sonra onun istefasına və əvəzlənməsinə dair iddialar dolaşmaqdadır.

Adının çəkilməsini istəməyən mənbənın Bakıvaxtı.az-a verdiyi məlumata görə, akademik Nizami Cəfərov İsa Həbibbəylini əvəzləyə bilər:

“Elmi cameədə belə iddialar dolaşır. Hətta İsa Həbibbəyli də əlyazma ilə davranışının qeyri-adekvat olduğunu və bu addımının ciddi tənqid edildiyini bildiyi üçün son günlər sosial media platformalarında fotolar çəkdirib paylaşır. Bütün bunlar onun postunu itirməsindən ehtiyatlandığını aydın nümayiş etdirir”.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью