Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şair dostum Kazım Kazımoviçin hafizəmdən silinməyən, hər yağış yağanda yadıma düşən gözəl misrası var:
“Yağışa çətir tutmaq təbiətə xəyanətdir”.
Məlum, 20 Yanvar günü İsa Həbibbəylinin Şəhidlər Xiyabanını ziyarəti gündəm oldu.
Əlbəttə, İsa Həbibbəyli heç vaxt gündəmə elmlə gəlməyib. Baxmayaraq ki, Elmlər Akademiyasının prezidentidir.
Prezident İlham Əliyevin çətiri özü tutması, ancaq İsa Həbibbəylinin çətir tutanının olması müzakirədədir.
Həyat o qədər kədərlidir ki, adam hərdən İsa Həbibbəylini də müdafiə edir.
Kədərli olsa da, demək lazımdır ki, bu məsələdə Həbibbəylini qınamağa dəyməz.
Çünki hər iki məsələ arasında hər şeydən əvvəl protokol qaydası məsələsi var.
Ancaq bu məsələ niyə bu qədər qabardırılır?
Qətiyyən, sifariş filan deyil. Sadəcə, insanlar bu üzdə, adda elm adamını sevmir. Sevmir azdı, hətta çox adam nifrət edir. Ona görə də nə olsa, pisləməyə hazırdırlar.
Çünki İsa Həbibbəylinin heç vaxt elmin yanında görməyiblər.
İsa Həbibbəylinin çətiri bir yana, məsələ bir az da onun danışmağıdır. Qüsur kimi demirəm, sadəcə, danışa bilmir.
Onun bundan əvvəl gündəmə gəldiyi məsələlər də gülüş obyekti idi.
Bir dəfə robotla pis-pis danışır, bir dəfə jurnalistə mənə “COP29”dan sual ver deyir.
Son vaxtlarda Ramiz Mehdiyev məsələsi.
Bu mənada, insanlar onu haqsız yerə də olsa pisləməyi sevir. Öz hirslərini ələ düşmüş bu minbut fürsətsə dəyərləndirirlər.
Ona görə də onun çətir tutmağı bu dəqiqə təbiətə, elmə xəyanət kimi qiymətləndirilir.
Orxan