Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, o, dövlət qulluğundakı xidmətlərinə görə “Tərəqqi” medalına layiq görülüb.
Qeyd edək ki, Ərəstü İsa oğlu Həbibbəyli 1980-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirib.
2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil alıb. 2006-cı ildə “Azərbaycan Respublikasının Böyük Britaniya ilə xarici əlaqələrinin əsas istiqamətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində, 2007-2015-ci illərdə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsində, 2015-2018-ci illərdə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.
2018-ci ildə Baş nazirin Katibliyinin rəisi, 2024-cü ildə isə Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
Ailəlidir, üç övladı var.
Mürtəza