Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Keniyanın Mombasa şəhərində məhkəmə dini təriqətin fəaliyyəti çərçivəsində 191 nəfərin ölümünə görə ideoloq Pol Makkenzini təqsirli bilib.
Modern.az xarici KİV-ə istinadla bildirir ki, söhbət ölkənin cənub-şərqində yerləşən Şakahola meşəsində dini hərəkatın ardıcıllarının kütləvi şəkildə həlak olmasından gedir. Məhkəmə prosesi zamanı ittiham tərəfi 120-dən çox şahidin ifadələrinə əsaslanıb.
İstintaq müəyyən edib ki, “Good News International Church” təşkilatına rəhbərlik edən Pol Makkenzi dindarları “İsa ilə görüşmək” naminə yeməkdən və tibbi yardımdan imtina etməyə məcbur edib. Onun təsiri altında valideynlər uşaqlarını da aclığa əcbur ediblər və bu, nəticədə onların ölümünə səbəb olub.
Meşədə kütləvi məzarlıqlar 2023-cü ilin aprelində aşkarlanıb. Həmin vaxt hakimiyyət orqanları 400-dən çox insanın qalıqlarını çıxarıblar. Əvvəllər təqsirini inkar edən Makkenzi də elə həmin dövrdə saxlanılıb.
Qətl ittihamları ilə yanaşı, ona terrorçuluq və ehtiyatsızlıqdan adam öldürmə ittihamları da irəli sürülüb.