İsa Qəmbərə də “stop” qoyulub

21.11.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Müsavat başqanı İsa Qəmbərin ölkədən çıxışına məhdudiyyıt qoyulub.

Gununsesi.info xəbər verir ki, bu barədə onun özü bildirib.

O, Berlində keçirilən beynəlxalq konfransa gedərkən hava limanından geri qaytarıldığını bildirib.

İsa Qəmbər vurğulayıb ki, həmin gün Almaniyanın paytaxtı Berlində keçiriləcək beynəlxalq konfransa dəvət alıb. Lakin əlavə etməsinə görə,gecə saat 04:00-a olan reysi ilə ölkədən çıxmasına hava limanında maneə yaradılıb.

“Bu gün, 21 noyabrda Berlində, önəmli bir konfransa dəvətli idim. Bu gecə saat 4-ə uçaq (təyyarə) biletim var idi. Hava alanında uçuşumu əngəllədilər. Heç bir izahat vermədilər”.

Günay

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью