İsa Rüstəmov beynəlxalq turnirinin qalibi oldu

28.12.2024

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Atletimiz İsa Rüstəmov (73 kq) Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi adını qazanıb. 

“Ölkə.az” xəbər verir ki, təmsilçimiz birdən qaldırma hərəkətində 148 kq, təkanla qaldırma hərəkətində isə 181 kq ağırlığı başı üzərinə qaldırıb. 

İsa Rüstəmov toplam çəkidə 329 kq (148+181) nəticə ilə yarışı birinci pillədə başa vurub. 

Qeyd edək ki, “Kakhi Cup 2024” beynəlxalq turniri çərçivəsində qonşu ölkəyə səfər etmiş Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti, 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə AAF adından xatirə hədiyyəsini təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью