İsaak Hersoq Trampı təbrik ETDİ

14.06.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İsaak Hersoqun Donald Trampa təriflərində İran mövzusu ön plana çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Prezidenti İsaak Hersoq özünün rəsmi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Məlumata görə, İsrail dövlət başçısı ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib. Prezident Hersoq təbrik mesajında ABŞ liderinin İranın regional təhdidlərinə qarşı göstərdiyi qətiyyətli mövqeyi xüsusi vurğulayıb.

O, ABŞ Prezidentinə İranın "şər imperiyası" adlandırdığı rejimə qarşı nümayiş etdirdiyi qlobal liderliyə və İsrail girovlarının azad edilməsi istiqamətində göstərdiyi səylərə görə dərin təşəkkürünü bildirib.

Bildirilib ki, Hersoq öz müraciətində regional sülhün və sabitliyin bərqərar olunacağına dair ümidlərini də ifadə edib. O, ABŞ və İsrail arasındakı strateji tərəfdaşlığın regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью